Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkə başçısının müharibə iştirakçılarına qayğısı

0

  •                  Xalqımız illərlə Ermənistan-Azərbaycan Dağlıq
    Qarabağ münaqişəsini danışıqlar yolu ilə həll etməyə çalışmışdır. Danışıqlar
    prosesində ölkəmizin mövqeyi yetərincə güclü olmuşdur. Amma danışıqlar nəticəsiz qaldığına görə  ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda
    son addım olaraq hərb yolunu seçməli olduq. Azərbaycan xalqı illərlə işğal altında qalan torpaqlarının azadlığı
    uğrunda güc amilini əsas tutub mübarizəyə başladı. İlk həmlədən ordumuz döyüş
    meydanlarında öz gücünü göstərmiş, düşmənə
    layiqli cavablar vermişdir. Ölkəmiz bütün
    vasitələrdən istifadə edərək, torpaqlarımızı işğalçılardan azad etdi. Müharibə
    istəməsək də, işğalla da barışa bilməzdik.
    Bu müharibəni qələbə ilə başa vurduq, ancaq ağrı-acılarımız da oldu. Şəhidlərimiz,
    qazilərimiz, hətta dinc əhalidən də müharibədə zərər çəkən vətəndaşlarımız xalqımızın mübarizliyini göstərdilər. Arxa cəbhədə olan bütün xalq da bu şanlı qələbənin
    müəllifləri oldular.

              Artıq
    müharibə bitib, amma ölkə başçısının diqqət və qayğısı müharibə iştirakçılarının
    hər birinə qarşı xüsusidir. Belə ki, heç bir şəhid ailəsi, heç bir qazi,
    müharibə iştirakçısı diqqətdən kənar qalmır, onların özlərinə, ailə üzvlərinə
    dövlət qayğısı göstərilir. Onlara mənzil, avtomobil, birdəfəlik və aylıq ödəmələrin
    verilməsi, qazilərimizin müalicəsi ilə bağlı dəstək dövlət tərəfindən xüsusi həyata
    keçirilir. Dövlət başçımız daim öz vətəndaşlarının, xüsusi ilə də həssas təbəqə
    nümayəndələrindən olan müharibə iştirakçılarımızın sosial məsələlərini daim
    diqqət mərkəzində saxlayıb. Dəfələrlə şəhid ailələrinin  üzvləri ilə, qazilərlə şəxsən görüşməsi
    prezidentimizin siyasətinin ölkənin hər bir vətəndaşına münasibətdə ədalətinin,
    humanizminin göstəricisidir.

              Arzu
    edirik ki, xalqımız bir daha çətin günlər yaşamasın, dövlətimizə, xalqımıza firəvan
    günlər qismət olsun.

    Şahilə Zeynalova, 

    Xocalı
    rayon  sakini27.02.2021 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib36 dəfə
    Ölkə başçısının müharibə iştirakçılarına qayğısı

    Maraqlı gələ bilər
    35
    27
    31